İngiltərə Premyer Liqasının təxirə salınmış matçları ABŞ-da keçirilə bilər
Futbol üzrə İngiltərə Premyer Liqasının təxirə salınmış matçları azarkeşsiz və neytral meydanda keçirilə bilər.

Premyer Liqa rəhbərliyi qarşıdakı 92 matçın ABŞ-ın Midlend şəhərində oynanılmasını müzakirə edir.
Gün ərzində bir neçə oyunun keçirilməsi mümkündür. Bu, Premyer Liqanın mövsümü başa çatdıra bilməməsi riski ilə əlaqədardır.

Xatırladaq ki, İngiltərədə bütün futbol matçları koronavirusa görə aprelin 4-dək təxirə salınıb.

AZƏRTAC

Xəbər 705 dəfə oxundu.