Ruslan Abışov “Xəzər Lənkəran”a keçdi
Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun “Xəzər Lənkəran”a keçidi rəsmiləşmək üzrədi. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, 6 ildir formasını geyindiyi “Neftçi” ilə yeni müqavilə bağlamaq istəməyən 25 yaşlı müdafiəçi artıq cənub təmsilçisinin düşərgəsinə yollanıb.

Ruslan bu gündən iyunun 5-dən Zalsburqda təlim-məşq toplanışında olan “ağ-yaşıllar”ın sıralarına qoşulacaq. “Xəzər Lənkəran”la 2 illik müqavilə razılaşdıran Abışov bununla da cənubluların ilk yerli transferi olacaq.

Onunla elə bu gün rəsmi müqavilənin bağlanması gözlənilir.
Qeyd edək ki, Ruslan karyerasını bunadək yalnız “Neftçi”də keçirmişdi.

Xəbər 1097 dəfə oxundu.