UEFA Avropa çempionatına alınan biletlərin pulunu qaytaracaq | |
UEFA “Avro-2020”i üçün alınan biletlərin geri qaytarıla biləcəyini açıqlayıb. Qurum bilet sahibi olanlara 2021-ci ildə turnirin oyunlarını izləyə bilməyəcəkləri təqdirdə ödədikləri məbləğin tam şəkildə qaytarılacağına zəmanət verib. Gələn ay ərzində bu proses barədə elektron poçt və “euro2020.com/tickets” keçidi vasitəsilə əlavə məlumat veriləcək. Xatırladaq ki, qərara əsasən turnir gələn il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq. |
|
Xəbər 838 dəfə oxundu. |
|
|