Beynəlxalq Olimpiya Komitəsinin Lozannadakı qərargahı qeyri-müəyyən müddətə fəaliyyətini dayandırıb
Beynəlxalq Olimpiya Komitəsinin Lozannadakı qərargahı qeyri-müəyyən müddətə fəaliyyətini dayandırıb.

Artıq təşkilatın işçiləri öz funksiyalarını evdə yerinə yetirir. Avropa mətbuatı yazır ki, hazırda qərargahın 500 əməkdaşı işə çıxmır.

Lozannadakı Olimpiya muzeyi də azı 2 həftəliyə fəaliyyətini dayandırıb.

AZƏRTAC

Xatırladaq ki, İsveçrədə 1375 nəfər koronavirusa yoluxub və onlardan 14-ü vəfat edib.


Xəbər 797 dəfə oxundu.