Gənclər arasında boks üzrə Avropa çempionatının vaxtı dəyişdirilib
Aprelin 22-dən mayın 3-dək keçirilməli olan gənclər arasında boks üzrə Avropa çempionatı təxirə salınıb.

Avropa Boks İttifaqı koronavirus pandemiyası ilə əlaqədar yarışın vaxtını dəyişib. Yerli Təşkilat Komitəsinin və digər müvafiq orqanların hesabatlarını nəzərə alan qurum çempionatın mayın 15-27-də təşkil olunmasına dair qərar qəbul edib. Lakin koronavirusla bağlı durumu daim nəzarətdə saxlayan təşkilat turnirin vaxtını yenidən dəyişə biləcəyini də istisna etməyib.
Avropa çempionatının Monteneqronun Budva şəhərində keçirilməsi planlaşdırılırdı.


Xəbər 876 dəfə oxundu.