Qolbol üzrə Azərbaycan millisi yoldaşlıq oyununda qalib gəlib
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) qolbol idman növü üzrə komandası Dərbənddə keçirilən təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyununda gücünü sınayıb.

Millimiz baş məşqçi Zahir Abdullayevin rəhbərliyi altında Dağıstan yığması ilə qarşılaşıb.

Görüş komandamızın 19:17 hesablı qələbəsi ilə yekunlaşıb.


Xəbər 916 dəfə oxundu.