Azərbaycan Milli Paralimpiya Komitəsi Beynəlxalq Abilimpiya Federasiyasına üzv seçilib
Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) Beynəlxalq Abilimpiya Federasiyasına (BAF) üzv seçilib.

AMPK ölkəmizdə abilimpiya hərəkatının inkişafını dəstəkləmək üçün BAF-a üzv seçilməklə bağlı müraciət edib. Bununla bağlı BAF-da ümumi yığıncaq keçirilib və AMPK-nın üzvlüyü yekdilliklə qəbul edilib. Növbəti addım Azərbaycanda Abilimpiya Federasiyasının yaradılmasıdır.

Abilimpiya hərəkatı 1970-ci ildə Yaponiyada yaradılıb. Bacarıqların Olimpiya (Olympics of Abilities) hərəkatının yaradılmasında məqsəd əlilliyi olan şəxslərin peşə və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, peşəkar mütəxəssislər hazırlamaqdır. Hazırda 40-dan çox ölkə BAF-ın üzvüdür.

1981-ci ildən başlayaraq Abilimpiya hərəkatının beynəlxalq yarışları Olimpiya Oyunlarına kimi dörd ildən bir müxtəlif ölkələrdə keçirilir. Azərbaycanda əlillərlə bağlı sosial proqramlara böyük diqqət və qayğı göstərilir. Bu sahədə dövlət tərəfindən böyük imkanlar yaradılıb. Qeyri-hökumət təşkilatlarının da bu sahədə fəal olmaları, beynəlxalq təcrübədən istifadə etmələri çox vacibdir və bu baxımdan Beynəlxalq Abilimpiya Federasiyası kimi nüfuzlu təşkilata üzv olması böyük əhəmiyyət daşıyır.

Xəbər 842 dəfə oxundu.