“F1 Joburg Festival”ı ləğv olunub
Martın 29-da Cənubi Afrika Respublikasında keçirilməsi nəzərdə tutulan birinci Formula 1 festivalı koronavirus pandemiyasına görə ləğv olunub.

“F1 Joburg Festival” Yohannesburq şəhərində üç komanda – “Mercedes”, “Red Bull Racing” və “Renault”ın iştirakı ilə təşkil olunacaqdı.

Tədbirdə çempion komanda “Mercedes”i Valtteri Bottas, “Red Bull Racing”i Devid Kulthard təmsil edəcəkdi. Festivalda Codi Şekterin də iştirakı təsdiqlənmişdi. 1979-cu ilin dünya çempionu qalib gəldiyi “Ferrari” bolidi ilə Yohannesburq küçələrində sükan arxasına keçəcəkdi.

AZƏRTAC

Xəbər 735 dəfə oxundu.