Ruslan Əmircanov “İnter”də
“İnter” heyətini gücləndirməkdə davam edir. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “bankçılar” bu gün növbəti transferlərini rəsmiləşdiriblər. Onlar Ruslan Əmircanovla birillik müddətinə müqavilə imzalayıblar.
27 yaşlı müdafiəçi son 3 ili “Neftçi” komandasının heyətində oynayıb.

Qeyd edək ki, “İnter” Ruslandan öncə Tales Şütz, Ramil Həşimzadə, Georgi Adamiya, Slavço Georgiyevski, Elşən Poladov və Revaz Tevdoradzeni rənglərinə bağlayıb.

Xəbər 1389 dəfə oxundu.