Kalininqradda Sovet İttifaqı Qəhrəmanı Həbibulla Hüseynovun xatirə turniri keçirilib | |
Kalininqrad şəhərində azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Həbibulla Hüseynovun xatirə turniri keçirilib. Gənclər arasında güləş turniri iki kateqoriyada – sərbəst və yunan-roma güləşi üzrə keçirilib. Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə təşkil olunan yarışlar Sovet İttifaqı Qəhrəmanı, 67-ci zenit-artilleriya diviziyasının komandiri, qvardiya polkovniki, həmyerlimiz Həbibulla Hüseynovun xatirəsinə həsr olunub. Turnirə yaşı 14-dək olan 100-ə yaxın idmançı qatılıb. "Azərbaycan" regional milli-mədəni muxtariyyətinin dəstəyi ilə keçirilən turnirin təşkilatçısı qismində “İnam” Kalininqrad regional müsəlman ictimai təşkilatı çıxış edib. Xatırladaq ki, Böyük Vətən Müharibəsinin iştirakçısı polkovnik Həbibulla Hüseynov 1945-ci il aprelin 16-da Almaniyada qəhrəmancasına həlak olub. AZƏRTAC |
|
Xəbər 820 dəfə oxundu. |
|
|