Azərbaycan triatlonçusu açıq Afrika kubokunda bürünc medal qazanıb
Triatlon üzrə Azərbaycan yığma komandasının üzvü Kseniya Levkovskaya bu il beynəlxalq arenada ilk mükafatını qazanıb. İdmançımız Mavrikidə keçirilən açıq Afrika kuboku yarışlarında bürünc medal qazanıb.

İdmançımız su yarışlarında 1500 metrlik məsafəni 21 dəqiqə 37 saniyəyə başa vurub. Levkovskaya velosipedlə hərəkətlərdə 40 kilometrlik məsafəni 1 saat 3 dəqiqə 54 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi - 10 kilometr məsafəyə qaçışda isə təmsilçimiz 37 dəqiqə 21 saniyəlik nəticə göstərib. Ümumi hesabda Azərbaycan idmançısı 2 saat 3 dəqiqə 47 saniyəlik göstərici ilə üçüncü yeri tutub.
Açıq Afrika kuboku Olimpiadaya seçmə turniri statusuna malik reytinqli yarışdır.

Xəbər 803 dəfə oxundu.