Londonda keçirilən Avropa Olimpiya təsnifat turnirində daha iki boksçumuz mübarizəyə qoşulur
Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya təsnifat turniri davam edir.

Turnirin ikinci günündə daha iki boksçumuz mübarizəyə qoşulacaq. Belə ki, Cavid Çələbiyev (63 kq) bolqarıstanlı Kiril Rusinov, Rauf Rəhimov (91 kq) isə Türkiyə idmançısı Mücahit İlyas ilə üz-üzə gələcək.

Martın 14-də start götürən və on gün davam edəcək yarışın ilk günündə boksçularımızdan Tayfur Əliyev (57 kq) səkkizdəbir finala yüksəlib. Kamran Şahsuvarlı (75 kq) isə onaltıdabir finala vəsiqəni təmin edib.

Hər iki boksçumuz növbəti qarşılaşmasını martın 16-da keçirəcək.

Xəbər 847 dəfə oxundu.