Xanım Balacayeva şahmat üzrə Azərbaycan çempionu olub
Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında uğurla çıxış edən Xanım Balacayeva çempion adına layiq görülüb.

Son turda Gövhər Beydullayeva ilə heç-heçə edən şahmatçı yarışın qalibi olub. Ondan 1 xal geri qalan G.Beydullayeva ikinci yeri tutub. Üçüncü yerə isə 6 xalla Gülnar Məmmədova layiq görülüb. Türkan Məmmədyarova 5,5, Zeynəb Məmmədyarova 5, Ayan Allahverdiyeva 3,5, Xəyalə Abdulla 4,5, Mələk İsmayıl 3, Ülviyyə Fətəliyeva 2,5, Səbinə Rzalı isə 2 xal toplayıblar.
Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilib.

Xəbər 812 dəfə oxundu.