“Şiroki Briyeq”dən “Rəvan”a
“Azərbaycan futbolunda əla maliyyə şərtləri var”. İdman.com.az saytının məlumatına görə, bu sözləri “Rəvan” klubunun yeni transferi Xuan Manuel Varea deyib. “Şiroki Briyeq” klubundan Azərbaycana gələn argentinalı hücumçu Avropada oynadığı ilk ölkə olan Bosniya və Herseqovina mətbuatına açıqlama verib.

O, paytaxt təmsilçisinə keçidi haqda danışıb: “Azərbaycanda bir neçə argentinalı oynayır. “Rəvan”ın iddiaları isə çox böyükdür. Bu, mənim üçün yeni çağırışdır”. Qeyd edək ki, ötən mövsüm “Rəvan”da digər argentinalı Kristian Torres çıxış edirdi.

Xəbər 1467 dəfə oxundu.