İsveçrə – Azərbaycan oyunu təxirə salınıb
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilməli olan İsveçrə – Azərbaycan oyunu təxirə salınıb.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, bu qərar Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıq razılığa və UEFA-nın təsdiqinə əsasən qəbul olunub.

Qeyd edək ki, İsveçrə-Azərbaycan oyunu martın 26-da keçirilməli idi.

Xəbər 637 dəfə oxundu.