Avropa Voleybol Konfederasiyası bütün yarışların təxirə salındığını elan edib
Avropa Voleybol Konfederasiyası (CEV) bütün yarışların təxirə salındığını elan edib.

Qurum bu qərarı koronavirus pandemiyasının Avropa ölkələrində geniş yayılması səbəbindən qəbul edib.

Qitə üzrə yığma və klub səviyyəsində bütün yarışlar aprelin 2-dək təxirə salınıb. Yalnız bir avrokubok cütünün qarşılaşmaları istisna təşkil edib.

Kişilər arasında CEV kubokunun yarımfinal mərhələsinin “Lokomotiv”-“Zenit” matçları eyni ölkədə oynanıldığı üçün baş tutacaq. Bu görüşlər martın 19-da və 26-da keçiriləcək.


Xəbər 682 dəfə oxundu.