Badmintonçumuzun iştirak edəcəyi beynəlxalq turnir təxirə salınıb
Martın 13-15-də Çexiyanın Karvina şəhərində keçirilməsi nəzərdə tutulan badminton üzrə “KaBaL International Karvina 2020” beynəlxalq turniri təxirə salınıb. Yarışda Azərbaycan badmintonçusu Edi Reski Dviçayo da iştirak edəcəkdi.

Beynəlxalq turnirin təxirə salınmasına səbəb koronavirus infeksiyasının yayılması olub. Bu turnir “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları verir.

Bundan başqa, cari həftə İsrail və Polşada keçirilməsi nəzərdə tutulan beynəlxalq turnirlər də təxirə salınıb.

Xəbər 1051 dəfə oxundu.