Füzuli Musayev WTF-in toplantısında nəyi diqqətə deyib?
İyunun 9-da Dünya Taekvondo Federasiyasının (WTF) İcraiyyə Komitəsinin növbədənkənar yığıncağı keçirilib. Taekvondo Federasiyasından idman.com.az saytına verilən məlumata görə, Çinin Sujou şəhərində keçirilən toplantıda WTF İcariyyə Komitəsinin üzvü, Avropa Taekvondo Birliyinin (ETU) vitse-prezidenti Füzuli Musayev, məsul yarışlarda hakimlərin səhvlərinin yolverilməz olduğunu xüsusi qeyd edib və bir sıra məsələlərlə bağlı tövsiyyələrini çatdırıb.

Yığıncaqda, həmçinin qarşıdakı digər yarışların təqvimi təsdiqlənib. Belə ki, parataekvondo üzrə Dünya Kubokunun 2013-cü ildə (22 noyabr) Arubanın paytaxtı Santa-Kruzda, ustalar arasında dünya çempionatının 3-9 iyun 2013-cü ildə Meksikanın Puebla şəhərində, Dünya Kubokunun isə 27-30 mart 2013-cü il tarixində Seneqalın paytaxtı Dakarda, eləcə də Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatının Çin Taypeyində, pumsü üzrə dünya çempionatının Kolumbiyanın Medelin şəhərində keçiriləcəyi diqqətə çatdırılıb.

Bundan başqa, WTF İcraiyyə Komitəsinin növbədənkənar yığıncağında Olimpiada ilə bağlı təkliflər və perspektivləri, gələcək planlar və strategiya, təşkilatın fəaliyyətinin daha da genişləndirilməsi müzakirə edilib.

Xəbər 1709 dəfə oxundu.