Futbol üzrə Fransa çempionatı koronavirusa görə dayandırılıb
Fransa Futbol Federasiyası ölkə çempionatını koronavirus pandemiyasına görə müvəqqəti təxirə salıb.

Bu barədə federasiya prezidenti Noel Le Qre məlumat verib.

“Prezident Emmanuel Makronun sözləri bizi bütün futbol turnirlərini dayandırmağa və sağlamlıq böhranı ilə mübarizəyə yönəltməyə təşviq edir. Bununla əlaqədar olaraq təşkilatımızın himayəsi altında keçirilən həvəskarlar da daxil olmaqla, bütün milli futbol turnirlərinin müvəqqəti olaraq dayandırırıq”, – deyə federasiya prezidenti bildirib.

AZƏRTAC

Xəbər 715 dəfə oxundu.