Koreyadan Qəbələyə
London olimpiadasına vəsiqə qazanan Azərbaycan taekvondoçuları qarşıdakı məsul yarışa son hazırlıqlarının birinci mərhələsini başa vurublar. Taekvondo Federasiyasından idman.com.az saytına verilən məlumata görə, qurumun I vitse-prezidenti Füzuli Musayevin rəhbərliyi ilə Koreyada təlim-məşq toplanışında olimpiyaçılarımız - Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) ilə yanaşı, Bayraməli Vəliyev (80 kq) və Səbinə Mikayılova (62 kq), eləcə də olimpiya komandamızın baş məşqçisi Conq Conqbay, qadın idmançıları çalışdıran Sun Mi Park və məşqçi Elnur Amanov iştirak ediblər.

Seul, Yongin, Suvon və digər şəhərlərin universitet komandaları, həmçinin Avstraliya, Yeni Zelandiya, İran və Tacikistanın London-2012-yə hazırlaşan taekvondoçuları ingiltərəli idmançılarla birgə hazırlıqlar, yoxlama görüşləri istənilən nəticəni verib. Artıq Vətənə dönən seçmə komandamız hazırlığın son hissəsini Qəbələdə davam etdirəcək.

Xəbər 1248 dəfə oxundu.