Koronavirusla əlaqədar İspaniyada bütün futbol çempionatları təxirə salınıb
Futbol üzrə İspaniya çempionatının rəhbərliyi koronavirus səbəbindən La Liqa və Sequnda Liqanın oyunlarının təxirə salındığını elan edib.

“Real Madrid” klubunun karantin barədə qərarı və bəzi klubların futbolçularının koronavirus testinin müsbət çıxması nəzərə alınaraq, əsas və ikinci liqaların matçlarının ən azı iki həftə müddətinə təxirə salınmasına dair qərar qəbul olunub.

Qeyd edək ki, bundan əvvəl La Liqa və Sequnda Liqa matçlarının iki həftə ərzində azarkeşsiz oynanılacağı bildirilmişdi.

Xəbər 725 dəfə oxundu.