Gənclər və İdman naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov martın 13-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək.

Qəbulda Şirvan şəhərindən və Hacıqabul rayonundan olan vətəndaşlar iştirak edə bilərlər.

Saat 11:00-da Şirvan şəhər Gənclər evində (Naxçıvan küçəsi 1B) başlayacaq qəbula gəlmək istəyən vətəndaşlar Şirvan (055 333-40-04) şəhər və Hacıqabul (055 257-47-90) rayon gənclər və idman idarəsi ilə əlaqə saxlamalıdırlar.


Xəbər 861 dəfə oxundu.