Paracüdoçularımız Böyük Britaniyada keçiriləcək Qran-Priyə hazırlaşırlar
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov və baş katib Kamal Məmmədov qadın cüdoçulardan ibarət komandamızın təlim-məşq toplanışı ilə tanışlıq məqsədilə millinin üzvləri ilə görüşüblər.

Komandanın baş məşqçisi Ramin İbrahimov idmançıların fiziki və psixoloji hazırlığı barədə komitə rəhbərliyinə məlumat verib.

Komitənin rəsmiləri idmançılara yarışlarda uğurlar arzulayıblar.
Təlim-məşq toplanışı Olimpiyaçı cüdoçular ilə birgə keçirilir. Toplanış aprelin 8–13-də Böyük Britaniyanın Nottinqem şəhərində baş tutacaq Qran-Priyə hazırlıq xarakteri daşıyır.

Xəbər 918 dəfə oxundu.