Avro-2012: Çexlər özlərinə gəldilər
Bu gün Avro-2012-nin final mərhələsində 2-ci tura start verilib. İdman.com.az saytının məlumatına görə, «A» qrupunun ilk matçında Yunanıstan millisi Çex Respublikasının futbolçuları ilə görüşüblər. Üstün oyun nümayiş etdirən slavyanlar yarışda 1-ci qələbəsini qazanmaqla 1/4 finala adlamaq istiqamətində böyük addım atıblar.

Saat 23:45 başlayacaq matçda ev sahibləri Rusiya seçməsi ilə qarşılaşacaqlar. Bu mübarizədə məğlubiyyət Polşa yığmasının Avropa çempionatı ilə erkən viladaşmasına səbəb ola bilər.


Avro-2012. Final mərhələsi
II tur
«A» qrupu

Çex Resp. - Yunanıstan - 2:1
Qol: Yiraçek, 3, Pilar, 6 - Gekas, 53
Baş hakim: Stefan Lanno (Fransa)
Vrotslav. “Miyejski” stadionu

23:45. Rusiya – Polşa - 1:1
Baş hakim: Volfqanq Ştark (Almaniya)
Varşava. Milli stadion

1. Rusiya 2 1 1 0 5-2 4
2. Çex Resp. 2 0 0 1 3-5 3
3. Polşa 2 0 2 0 2-2 2
4. Yunanıstan 2 0 1 0 2-3 1




Xəbər 908 dəfə oxundu.