Formula 1: Melburnda pilotların avtoqraf sessiyaları ləğv edilib
Avstraliya Qran-Prisinin təşkilatçıları uik-end günlərində Formula 1 pilotlarının avtoqraf sessiyasını və dəstək yürüşlərini ləğv ediblər.

Pilotlar avtoqraflar paylamaq əvəzinə səhnədən azarkeşlərin suallarını cavablandıracaqlar. Melburnda bu addımı koronavirusa yoluxma riskinin azaldılması arzusu ilə atıblar.

“Avstraliya Qran-Prisinin təşkilatçıları hazırkı şəraitdə pilotların azarkeşlərlə ünsiyyət formatını dəyişmək məcburiyyətindədirlər. Avtoqraf sessiyaları müsahibələrlə əvəz ediləcək.

Yürüşçülər azarkeşlərlə yaxın əlaqədə olmayacaq, selfi çəkdirməyəcək və avtoqraf paylamayacaqlar. Bizi düzgün anladıqlarına və əməkdaşlığa görə tamaşaçılara təşəkkürümüzü bildiririk”, – deyə dərc edilən bəyanatda bildirilir.

Xəbər 830 dəfə oxundu.