Rüfət Dadaşov ABŞ-ın USL çempionatının Qərb konfransında birinci turun ən yaxşı futbolçusu seçilib
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşov ABŞ-ın USL çempionatının Qərb konfransında cari mövsümün birinci turunun ən yaxşı futbolçusu seçilib.

“Finiks Rayzinq” klubunda çıxış edən 29 yaşlı həmyerlimiz 52 faiz səslə rəqiblərini qabaqlayıb. R.Dadaşov həftənin rəmzi komandasında da yer alıb.

Xatırladaq ki, Azərbaycan millisinin hücumçusu “Finiks Rayzinq” klubunun heyətində debüt matçında het-trik edib. O, komandasının “Portlend Timbers”ə 6:1 hesabı ilə qalib gəldiyi matçda rəqib qapısından üç top keçirib.

Xəbər 889 dəfə oxundu.