“Sabah”ın yarımmüdafiəçisi Moldova millisinə çağırılıb
Bakının “Sabah” futbol klubunun yarımmüdafiəçisi Yevgeni Koçuk növbəti dəfə Moldova millisinə çağırılıb.

26 yaşlı yarımmüdafiəçinin adı komandanın baş məşqçisi Engin Fıratın Andorra və Rusiya yığmaları ilə keçiriləcək yoldaşlıq oyunları üçün açıqladığı siyahıda yer alıb.

Qeyd edək ki, Moldova millisi martın 26-da evdə Andorra, martın 31-də isə Rusiya ilə üz-üzə gələcək.

Xəbər 897 dəfə oxundu.