Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında Xanım Balacayeva liderliyini davam etdirir
Martın 10-da qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının altıncı turunun oyunları keçirilib.

Altıncı turda turnir cədvəlinin lideri Xanım Balacayeva daha bir qələbə qazanaraq xalların sayını 5-ə

çatdırıb. Gülnar Məmmədova ondan yarım xal, Türkan Məmmədyarova isə 1 xal geri qalırlar.

Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.

Xəbər 892 dəfə oxundu.