UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin daha iki görüşü azarkeşsiz keçəcək
UEFA koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə növbəti qərarlar qəbul edib.

UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində baş tutacaq “Olimpiakos” (Yunanıstan) – “Volverhemton” (İngiltərə) və “Sevilya” (İspaniya) - “Roma” (İtaliya) görüşləri azarkeşsiz keçiriləcək. Bu komandalar arasında oyun martın 12-də təşkil olunacaq.

Xatırladaq ki, daha əvvəl qitə futbol qurumu UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya), həmçinin UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin “Kopenhagen” (Danimarka) – “Başakşehir” (Türkiyə) matçlarının azarkeşsiz keçiriləcəyini açıqlayıb. Bundan başqa, Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin “Paris Sen-Jermen” (Fransa) – “Borussiya Dortmund” (Almaniya) oyunu da azarkeşsiz baş tutacaq.

Xəbər 919 dəfə oxundu.