Qılıncoynadanlarımız Yunanıstanda keçirilən dünya kubokunun mərhələ yarışında çıxışlarını başa vurublar
Azərbaycan qılıncoynadanları Yunanıstanın paytaxtı Afinada keçirilən dünya kubokunun mərhələ yarışında çıxışlarını başa vurublar.

Səbinə Kərimova, Anna Başta, Sevil Bünyatova və Valeriya Bolşakovadan ibarət yığmamız qadın sablyaçıların komanda yarışında 14-cü olub. Birinci görüşündə Honkonqa 45:32 hesabı ilə qalib gələn sablyaçılarımız, ən güclü 8 komanda sırasına yüksəlmək uğrunda keçirilən görüşdə Fransa seçməsinə 42:45 hesabı ilə uduzub. Komandamız 13-16-cı yerlər uğrunda qarşılaşmada Rumıniyaya 45:40 hesabı ilə qalib gəlsə də, 9-cu yer uğrunda görüşdə Ukraynaya məğlub olub – 40:45.

Sablyaçılarımız 13-14-cü yerlər uğrunda görüşdə Almaniya komandasına 40:45 hesabı ilə uduzub. Beləliklə, yığmamız yekun sıralamada 24 komanda arasında 14-cü olub.

Qeyd edək ki, turnirdə 42 ölkədən 200 idmançı birincilik uğrunda mübarizə aparıb.

Xəbər 989 dəfə oxundu.