Ağır atletika üzrə Azərbaycan yığma komandası təlim-məşq toplanışını davam etdirir
Kişi və qadın ağır atletlərdən ibarət Azərbaycan yığma komandaları Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında təlim-məşq toplanışını davam etdirir.

Baş məşqçi Asif Məmmədovun rəhbərliyi ilə həyata keçirilən hazırlıqlarda əsas məqsəd apreldə Moskvada keçiriləcək Avropa çempionatı üçün heyəti formalaşdırmaqdır.

İntensiv şəkildə davam etdirilən hazırlıq prosesi barədə məlumat verən A.Məmmədov deyib ki, komanda lazımi şəraitlə təmin olunub. O, hazırlığın normal getdiyini, hədəfin Moskvadakı Avropa çempionatında uğurla çıxış etmək olduğunu bildirib.

Avropa çempionatı aprelin 2-də start götürəcək.

Xəbər 1027 dəfə oxundu.