Binəqədi rayonunda 5 mart - “Bədən tərbiyəsi və idman günü” münasibətilə tədbir keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin (BRİH) dəstəyi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 6 mart 2020-ci il tarixində Binəqədi Gənclər Evində 5 mart - “Bədən tərbiyəsi və idman günü” münasibətilə tədbir keçirilib.

Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, BRİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, "Azərreyl" Voleybol klubunun prezidenti Fərid Xəlilov, idarənin rəis müavini Rüfət Əhmədov, idarənin əməkdaşları Elvin Quliyev, Rafiq Nəsirov, müəllimlər iştirak ediblər.

N.Tarverdiyev və Ş.Gülverdiyev “Bədən tərbiyəsi və idman günü” münasibətilə iştirakçıları təbrik ediblər, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər. Natiqlər Binəqədi rayonunda yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışaraq, bu sahədə görülən işlərin daha da artırılmasının vacib olduğunu nəzərə çatdırıblar.

Sonra Binəqədi rayonunda həyata keçirilən idman tədbirlərində fəal iştirakına, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişdirilməsində göstərdiyi xidmətlərə görə bir qrup şəxs, o cümlədən rayon orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri, rayonda fəaliyyət göstərən idman klublarının məşqçi-müəllimləri fəxri fərmanla təltif ediliblər.


Xəbər 953 dəfə oxundu.