“Baku open” beynəlxalq karate turniri başa çatıb
Bakıda Boks Mərkəzində keçirilən XI “Baku open” beynəlxalq karate turniri başa çatıb.

Yarışın son günündə 6-7, 8-9 yaşlı oğlanlar və qızlar mübarizə aparıblar. Hər iki yaş qrupunda Azərbaycan karateçiləri fərqləniblər.

Oğlanlar arasında kata yarışlarında Məhəmməd Səttarzadə və Məhəmməd Hüseynquliyev, qızlar arasında Elnurə Əzimzadə və Mədinə Nəzərli birinci yeri tutublar.

Kumite üzrə 6-7 yaşlı oğlanlar arasında Hüseyn Abdullayev (20 kq), Həşim Harunzadə (23 kq), Zamiq Əliyev (28 kq), Malik Məmmədli (+28), 8-9 yaşlı oğlanlar arasında isə Fərid Həsənli (23 kq), İsmayıl Əhmədzadə (28 kq), Əbülfəz Rəfiyev (33 kq), Marat Semixov (38 kq), və Şamo Kamilov (+38 kq) qalib olublar.
Aybikə Quluzadə (20 kq), Xədicə Qasımova (25 kq) 6-7 yaşlı, Şəhanə Göyüşlü (25 kq), Nigar Xanvəliyeva (30 kq), Şövkət İbrahimli (35 kq), Mədinə Kazımova (+35 kq) isə 8-9 yaşlı qızların yarışında birinci yerə layiq görülüblər.

Yarışların yekununa görə, ümumi komanda hesabında Azərbaycan 79 qızıl medalla birinci yeri tutub.

Turnir dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunub. Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak edib.

Xəbər 947 dəfə oxundu.