Azərbaycan Premyer Liqası: “Qarabağ” səfərdə “Keşlə”ni iki cavabsız qolla məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun son oyunu keçirilib.

"ASK Arena"da "Keşlə" və "Qarabağ" komandaları üz-üzə gəlib. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.

Hesabı 31-ci dəqiqədə Abdullah Zubir açıb. 87-ci dəqiqədə isə Filip Ozobiç yekun nəticəni müəyyənləşdirib.

Bu qələbə sayəsində xalını 45-ə çatdıran "Qarabağ" yenidən ən yaxın izləyicisi "Neftçi"dən 8 xal aralanıb. "Keşlə" isə 30 xalla 3-cü sırada qalıb.

Qeyd edək ki, günün ilk oyununda "Zirə" səfərdə "Səbail"i məğlub edib - 3:1. İlk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"a 5:0, "Neftçi" isə "Sabah"a 4:0 hesabı ilə qalib gəlib.

Xəbər 897 dəfə oxundu.