Bakıda kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” beynəlxalq turniri davam edir
Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” beynəlxalq turniri davam edir.

Turnirin ikinci günündə ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir. Turnirdə gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar bacarıqlarını göstərirlər.

Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edirlər. Yarışda yeddi ölkədən 33 gimnast birincilik uğrunda mübarizə aparır.

Qeyd edək ki, turnirin birinci günündə komanda hesabında qaliblər müəyyənləşib. Birinci yeri Ukrayna, ikinci yeri Türkiyə, üçüncü yeri Azərbaycan komandaları tutublar.

Xəbər 853 dəfə oxundu.