Bəhreyn Qran Prisi Koronavirus səbəbiylə bağlı qapılar arxasında keçiriləcək
Formula-1 üzrə Bəhreyn Qran Prisinin təşkilatçıları dünyanı bürüyən Koronavirus səbəbiylə, iki həftədən sonra keçiriləcək yarışı tamaşaçılar olmadan keçirəcəklərini elan ediblər.

Azsport.az saytı Racefans.net portalına istinadən xəbər verir ki, bu barədə yarışın təkilat komitəsindən bildiriblər. Təşkilatçıların verdiyi açıqlamada deyilir: "Beynəlxalq tərəfdaşlarımız və Bəhreyn milli sağlamlıq təşkilatının bu il Bəhreyn Qran Prisini boş tribunalar önündə keçirməyə qərar verdi."

Formula-1 Qran Prisinin 2020 mövsümü gələn həftə Avstraliyada başlayacaq. Bir həftə sonra isə çempionatın ikinci turunu keçirməli olan Bəhreyn, Koronavirus səbəbiylə, üç gün əvvəl bilet satışında yeni məhdudiyyətlər olacağını açıqlayıb.

Qeyd olunur ki, virusun yayılmasını ehtiva edən daha ciddi tədbirlər artıq razılaşdırılıb: "Bir F1 ev sahibi olaraq, tərəfdarların və digər şəxslərin sağlamlığı baxımından bu çox böyük bir məsuliyyətdir. Covid-19-un qlobal miqyasda yayılmasını nəzərə alaraq, bu böyük idman tədbirində minlərlə xarici turistin və yerli azarkeşin bir-biri ilə qarşılıqlı əlaqədə, təmasda olması doğru deyil. Bu xəbərin çoxlarını, xüsusilə, beynəlxalq F1 təqvimini izləyən, yarışları canlı izləməyi planlaşdıranların məyus olacağını bilirik, lakin insanların təhlükəsizliyi bizim vacib məsələdir. Ancaq Formula-1 azarkeşləri bu dəfə yarışı televiziya vasitəsilə canlı izləməklə kifayətlənəcəklər".

Xəbər 987 dəfə oxundu.