Azərbaycan gimnastları "AGF Junior Trophy” beynəlxalq turnirinin dayaqlı tullanma yarışlarında finala yüksəliblər
Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə "AGF Junior Trophy” beynəlxalq turniri davam edir.

Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edirlər.

Dayaqlı tullanma yarışlarında uğurla çıxış edən R.Dəmirov və M.Səfərov finala vəsiqə qazanıblar. Final yarışları martın 8-də keçiriləcək.

Ölkəmizdə ilk dəfə təşkil olunan turnirdə gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirirlər.

Yarışda 7 ölkədən 33 gimnast birincilik uğrunda mübarizə aparır.

Xəbər 859 dəfə oxundu.