Bakıda kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” beynəlxalq turnirinə start verilib
Bakıda, Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” beynəlxalq turnirinə start verilib.

Ölkəmizdə ilk dəfə təşkil olunan turnirdə 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirirlər. Yarışda 7 ölkədən 33 gimnast birincilik uğrunda mübarizə aparır.
Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edirlər.

Qeyd edək ki, bu yarış mayın 27-31-də Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Xəbər 944 dəfə oxundu.