Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatının dördüncü turunun oyunları keçiriləcək
Martın 7-də qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının dördüncü turunun oyunları keçiriləcək.

Növbəti turda Türkan Məmmədyarova Xanım Balacayeva, Zeynəb Məmmədyarova Mələk İsmayıl, Gülnar Məmmədova Xəyalə Abdulla, Gövhər Beydullayeva Səbinə Rzalı, Ayan Allahverdiyeva Ülviyyə Fətəliyeva ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, üç turun yekununa görə, Gülnar Məmmədova və Gövhər Beydullayeva 2,5 xalla turnir cədvəlinin lideridirlər. Səbinə Rzalı, Türkan Məmmədyarova və Xanım Balacayeva onlardan yarım xal geri qalırlar.

Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.

Xəbər 831 dəfə oxundu.