Şahmat üzrə Azərbaycan çempionatı: Gülnar Məmmədova və Gövhər Beydullayeva liderlik edirlər
Martın 7-də qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının üçüncü turunun oyunları keçirilib.

Üç turun yekununa görə, Gülnar Məmmədova və Gövhər Beydullayeva 2,5 xalla turnir cədvəlində liderlik edirlər. Səbinə Rzalı, Türkan Məmmədyarova, Xanım Balacayeva onlardan yarım xal geri qalırlar.

Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.


Xəbər 812 dəfə oxundu.