Azərbaycan qılıncoynadanı Macarıstanda Qran-Pri yarışında iştirak edir
Martın 6-da Macarıstanın paytaxtı Budapeştdə qılıncoynatma üzrə Qran-Pri yarışlarına start verilib.

Turnirdə ölkəmizi kişilərdən ibarət şpaqa üzrə milli komandamızın üzvü Kənan Əliyev təmsil edir.

Qeyd edək ki, turnirdə 63 ölkədən 313 idmançı birincilik uğrunda yarışır. Turnirə martın 8-də yekun vurulacaq.

Xəbər 992 dəfə oxundu.