Azərbaycan badmintonçusu “VI Jamaica International-2020” turnirdə dörddəbir finala yüksəlib
Martın 6-da Azərbaycan badmintonçusu Edi Reski Dviçayonun Yamaykanın paytaxtı Kinqstonda keçirilən “VI Jamaica International-2020” turnirində dörddəbir final mərhələsinə yüksəlib.

Təmsilçimiz mübarizəyə onaltıdabir final mərhələsindən başlayıb. E.Dviçayo birinci görüşündə yerli idmançı Dennis Kokeni 2:0 hesabı ilə məğlub edib. Səkkizdəbir final mərhələsində macarıstanlı Gerqey Krausu 2:0 hesabı ilə üstələyən idmançımız dörddəbir finalda Yaponiya idmançısı Takuma Obayaşi ilə üz-üzə gələcək.

Qeyd edək ki, turnirdə 60 idmançı iştirak edir. Yarışın mükafat fondu 10 min dollardır.

Xəbər 779 dəfə oxundu.