Yüksək Liqa: “Baku Fire” komandası “Bakı”nı məğlub edib
Martın 5-də futzal üzrə Yüksək Liqanın XVIII turu çərçivəsində “Bakı”-“Baku Fire” oyunu keçirilib.

“Olimpik Star”da təşkil olunan oyunda “Baku Fire” 6:5 hesablı qələbə qazanıb.

“Baku Fire”in heyətində Renat Sultanov, Rasif Səfiyarov və Asif Zeynalov dubl ediblər. “Bakı”nın qollarını Məhəmməd Bədəlbəyli, İlham Allahverdiyev (hər ikisi 2 top) və Tofiq Əliyev vurublar.

Günə “Araz”-“Record” matçı ilə yekun vurulacaq. Tur çərçivəsində keçirilən görüşlərdə EKOL komandası “Xızı”n 6:5, “Marafon” “Yasamal”ı 9:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, on yeddi turdan sonra hesabında 51 xal olan “Araz” komandası turnir cədvəlinə liderlik edir. Hesabında 39 xal olan “Marafon” və EKOL komandaları 2-3-cü pillədə qərarlaşıblar.

Xəbər 803 dəfə oxundu.