Fransalıların sərinlənmək üçün nə geyinəcəklər?
Avropa çempionatı günlərində futbolçularının istidən bişməməsi üçün fransalılar onları buzlu jiletlərlə təmin edəcəklər. İdman.com.az saytının məlumatına görə, bu günlərdə hərarətin 32 dərəcəsini aşması futbolçuları dözülməz hala sala bilər.

Bunu nəzərə alaraq, Fransa yığmasının oyunçularını «Cryo Ceket»ə geyindirəcəklər. Yığmanın həkimi Fabris Briand isti havalarda oyunçuların bədən istiliklərini bu jiletlərlə tarazlıqda tutacaqlarını deyərək, içərisində səkkiz paket buz qəlibinin olduğu jiletlərin güllə keçirməz jiletlərə bənzədiyini deyib.

Xəbər 1090 dəfə oxundu.