Tir atıcılığı üzrə Tərtər rayon birinciliyinin qalibləri müəyyənləşib
Tərtər şəhərindəki Gənclər mərkəzində 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tir atıcılığı üzrə rayon birinciliyi keçirilib.

Gənclər və idman idarəsinin təşkil etdiyi birincilikdə rayonun idarə, müəssisə və təşkilatlarının könüllüləri iştirak ediblər. Yarışın yekununda keçirilən görüşdə rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov çıxış edərək, ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb. Bildirib ki, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis olunması ilə bağlı 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.

Sonda tir atıcılığı üzrə rayon birinciliyinin, eləcə də martın 4-də keçirilmiş mini futbol üzrə açıq çempionatın qalibləri diplomlarla təltif edilib.

Xəbər 957 dəfə oxundu.