Qadın futbol hakimlərimiz beynəlxalq turnirə dəvət olunub
Qadın futbol hakimlərimiz beynəlxalq turnirə dəvət olunub.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, FIFA referisi Yuliya Qurbanova və referi köməkçisi Sevda Nuriyeva Gürcüstan Futbol Federasiyasının dəvətinə əsasən, 19 yaşadək qızlardan ibarət milli komandalar arasında təşkil olunacaq beynəlxalq turnirin oyunlarını idarə edəcəklər.

Gürcüstan, Belarus, Estoniya və Ukrayna komandalarının iştirak edəcəyi turnirin oyunları aprelin 21-26-da keçiriləcək.


Xəbər 783 dəfə oxundu.