Region Liqasının bu həftə keçirilməsi planlaşdırılan oyunları təxirə salınıb
AFFA-nın təşkilatçılığı ilə keçirilən futbol üzrə Region Liqası və qızlardan ibarət komandalar arasında Yüksək Liqa yarışlarının qarşıdakı turu təxirə salınıb.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, bu addım koronavirusun mümkün təsirləri ilə əlaqədar atılıb.

Region Liqasının oyunlarına azarkeş marağı yüksəkdir, Yüksək Liqa komandalarının heyətində isə şagird və tələbələr yer alıb. Profilaktik tədbirlər nəzərə alınaraq hər iki turnirin bu həftə keçirilməsi planlaşdırılan oyunları başqa vaxta keçirilib.

Qeyd edək ki, daha əvvəl AFFA bütün aşağı yaş qrupları üzrə liqalarında oyunları təxirə salmışdı.

Xəbər 884 dəfə oxundu.