Yüksək Liqa: “Marafon” böyük hesablı qələbə qazanıb
Martın 5-də futzal üzrə Yüksək Liqanın XVIII turu çərçivəsində növbəti oyun keçirilib.

“Olimpik Star”da təşkil olunan oyunda “Yasamal” və “Marafon” komandaları ilə üz-üzə gəliblər. “Marafon” futzalçılarının üstünlüyü şəraitində keçən oyunda böyük hesablı qələbə qeydə alınıb – 9:1. Qalib komandanın heyətində Vitaliy Borisov və Tofiq Məlikov het-trik ediblər, Şahab Şahnazian, Majid Xazaei, Elşən İbrahimxəlilov və Sərxan Məstiyev fərqləniblər.

“Yasamal”ın təsəlli qolunu isə Almurad Həsənəliyev vurub.
Gün ərzində “Bakı”-“Baku Fire”, “Premier”-“Neftçi” və “Araz”-“Record” matçları keçiriləcək. Turun birinci oyununda EKOL komandası “Xızı”ya 6:5 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, on yeddi turdan sonra hesabında 51 xal olan “Araz” komandası turnir cədvəlinə liderlik edir. Hesabında 39 xal olan “Marafon” və EKOL komandaları 2-3-cü pillədə qərarlaşıblar.


Xəbər 1101 dəfə oxundu.