Bakıda “Avro-2020” məlumat mərkəzi istifadəyə verilib
İyunun 12-də start götürəcək futbol üzrə Avropa çempionatına 100 gün qalmış “Gənclik Mall” ticarət mərkəzində “Avro-2020” məlumat mərkəzinin açılışı olub.

Açılışda iştirak edən “Avro-2020”nin səfiri Vəli Qasımov çempionatın həm idman, həm də turizm baxımından Azərbaycana göstərəcəyi müsbət təsirindən və əhəmiyyətindən danışıb.

Mərasimdə, həmçinin “Avro-2020”nin rəsmi maskotu “Skillzi” də iştirak edib və fotolar çəkdirib.

Qeyd edək ki, məlumat mərkəzi hər gün saat 10:00-dan 22:00-dək fəaliyyət göstərəcək. Mərkəzdən “Avro-2020” ilə bağlı məlumatlar əldə etmək və fotoguşədə şəkillər çəkdirmək mümkündür.

Xəbər 751 dəfə oxundu.