Avro-2012: Defo yığmaya döndü
Qitə çempionatı ərəfəsində atasını itirmiş İngiltərə yığmasının hücumçusu Cermeyn Defo vətəninə məcburi səfərdən geri dönüb. İdman.com.az saytının məlumatına görə, yığma Krakova gələndən bir gün sonra Defo evə dönmək məcburiyyətində qalmışdı. Ancaq ailədəki faciə onun Avropa çempionatında iştirakına mane olmayacaq. Cümə günü o, artıq komandasına qoşulub və oteldə cəmi yarım saat olduqdan sonra dərhal 22 komanda yoldaşı ilə birgə məşqlərə qatılıb.

Yığma rəhbərliyinin Defonun itki ilə bağlı psixoloji vəziyyətindən savayı, müxtəlif ağrıları olan Julyen Leskott, Con Terri, Eşli Koul və Ceyms Milnerlə də bağlı narahatlığı var. İngilislər qitə yarışında ilk oyunlarını bu gün fransalılara qarşı keçirəcəklər.

Xəbər 1083 dəfə oxundu.